İranın 14 bəndlik təklifindən sonra ABŞ Tehrana yeni razılaşma mətni göndərib
İranın 14 bəndlik təklifindən sonra ABŞ tərəfi Pakistan vasitəçiliyi ilə Tehrana yeni mətn göndərib.
Bu barədə İranın “Tasnim” agentliyi danışıqlar prosesinə yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İran hazırda təqdim olunan sənədi nəzərdən keçirir və hələlik cavab verməyib.
Eyni zamanda vurğulanıb ki, danışıqlar prosesində hələ heç nə yekunlaşmayıb.