00:00:00
Yazar
Admin User
10.01.2026 16:39 70 1 dəq oxuma
Dünya

İranın baş prokuroru etirazçıları ölümlə hədələyib

İranın baş prokuroru etirazçıları ölümlə hədələyib

İranın Baş prokuroru Məhəmməd Mövahhedi Azad ölkədə artıq iki həftədir ki, davam edən kütləvi etiraz aksiyalarının iştirakçılarını ölüm cəzası ilə hədələyib.


"İnformator.az" Bakupost.az-a istinadən xəbər verir ki, baş prokuror etirazçıları “Allahın düşməni” adlandırıb.

 

"Bütün etirazçılar "Allahın düşmənləri" (və ya "mohareb") kimi günahlandırılır. Bu cinayətə görə ölüm cəzası olacaq. Bu, əmlaka ziyan vuran və təhlükəsizliyi pozan üsyançılara, terrorçulara, eləcə də onlara kömək edənlərə tətbiq ediləcək", - o bildirib.

 

Həmçinin əlavə edib ki, prokurorlar məhkəmə proseslərini tez hazırlamalı, mərhəmət və şəfqət göstərməməlidirlər. Tehran prokuroru Əli Salehi də bir gün əvvəl etirazçıların mohareb ittihamı ilə üzləşə biləcəyini bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər