00:00:00
Yazar
Lalə Qafarova
02.03.2026 20:44 23 1 dəq oxuma
Dünya

İranın cavab hücumu nəticəsində İsraildə 13 nəfər yaralanıb

İranın cavab hücumu nəticəsində İsraildə 13 nəfər yaralanıb

 

İranın, İsrail və ABŞ-nin hücumlarına cavab olaraq atdığı raketlərdən birinin İsrailin cənubundakı Birüssebi (Berşeva) şəhərində bir binaya düşməsi nəticəsində 13 nəfər yaralanıb.


İsrailin təcili yardım xidməti olan Magen David Adom-un (Qırmızı Davud Ulduzu) verdiyi  məlumata görə, İranın raket hücumu nəticəsində orta ağır yaralanan bir nəfər və şüşə qırıntıları səbəbilə yaralanan 12 nəfər Soroka Medical Center xəstəxanasına çatdırılıb.

Yedioth Ahronoth qəzetinin məlumatına görə, raketin düşdüyü ərazidən 51 nəfər təxliyə edilərək xəstəxanaya müraciət edib. Onların əksəriyyəti panik atak keçirdikləri üçün yüngül xəsarət alanlar kimi qeydə alınıb.

 

İsrail və ABŞ, Tehran və Vaşinqton rəhbərlikləri arasında danışıqlar davam edərkən 28 fevral tarixində İrana qarşı hərbi əməliyyatlara başlayıb.

 

İran isə İsraillə yanaşı ABŞ hərbi bazalarının yerləşdiyi Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi bəzi region ölkələrində müəyyən etdiyi hədəflərə hücumlarla cavab verib.

ABŞ və İsrailin hücumları nəticəsində İranın ali lideri Ali Xamenei də daxil olmaqla çox sayda yüksək vəzifəli şəxs həyatını itirib.

İranın Qırmızı Aypara Cəmiyyəti ölkəyə qarşı həyata keçirilən bombardmanlarda 555 nəfərin öldüyünü, 747 nəfərin isə yaralandığını açıqlayıb.

 

TRT HABER
Reyhan Quliyeva

#i̇sraildə #cavab #hücumu #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər