00:00:00
Yazar
Səadət Əlizadə
12.03.2026 20:28 22 1 dəq oxuma
Dünya

“İranın iştirakını məqsədəuyğun hesab etmirəm” - Tramp

“İranın iştirakını məqsədəuyğun hesab etmirəm” - Tramp

ABŞ Prezidenti Donald Tramp İrana qarşı davam edən hərbi gərginlik fonunda bu ölkənin futbol yığmasının Dünya Çempionatında iştirakı ilə bağlı ziddiyyətli bəyanat verib.


“İnformator.az” xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında İran millisinin turnirə dəvət olunduğunu təsdiqləsə də, onların gəlişini “arzuolunmaz” adlandırıb:


“İran milli komandası Dünya Çempionatına xoş gəlib, lakin mən onların orada olmasını öz həyatları və təhlükəsizlikləri baxımından məqsədəuyğun hesab etmirəm”.


Qeyd edək ki, sözügedən açıqlama FIFA prezidenti Canni İnfantinonun Trampla görüşündən sonra verdiyi “İran millisi ABŞ-də xoş qarşılanacaq” mesajı ilə ziddiyyət təşkil edir.

#tramp #etmirəm” #gündəm #iştirakını #“i̇ranın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər