"İranın nüvə proqramı ilə bağlı razılaşmanın taleyinə 10 gün ərzində aydınlıq gətiriləcək" - Tramp
ABŞ ilə İran arasında yaxşı danışıqlar aparılır. Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin fəaliyyətinə toxunarkən bildirib.
Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn “İnformator.az”a açıqlamasında bildirib ki, İran ilə ABŞ arasında 2015-ci ildə razılaşma imzalanıb:
“Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ bu razılaşmadan çıxıb. İran mülki aviasiya üçün ABŞ şirkətlərindən 40-50 təyyarə almağı planlaşdırıb. Gözləntilər əsasən ondan ibarətdir ki, İran nüvə proqramından tamamilə imtina etsin. Əks halda, İranın nüvə silahına sahib olması dünya üçün ciddi risklər yarada bilər. İran bu sahədə silahlanma səviyyəsini artırarsa, ilk növbədə ABŞ üçün, daha sonra isə İsrail üçün ciddi təhlükə yarada bilər. Hazırda baş verən hücumlar da əsasən bununla əlaqələndirilir”.
Selcan Xudiyeva