00:00:00
Yazar
Güllər Gülhüseynova
05.03.2026 20:24 27 1 dəq oxuma
Dünya

İranın Xarici İşlər naziri Naxçıvanda baş verən PUA hücumunda İsraili ittiham edib

İranın Xarici İşlər naziri Naxçıvanda baş verən PUA hücumunda İsraili ittiham edib

İranın Xarici İşlər naziri Abbas Əraqçi Naxçıvan Muxtar Respublikasına kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücumla “əlaqələrinin olmadığını, hücumun İranı ittiham etmək məqsədilə İsrail tərəfindən təşkil edildiyini” iddia edib.

 

İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Əraqçi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.

 

Əraqçi ölkəsinin Azərbaycanla yaxşı qonşuluq siyasətini vurğulayaraq, Tehranın Bakı ilə bütün sahələrdə münasibətləri genişləndirmək istədiyini bildirib.

 

Naxçıvanda bu gün həyata keçirilən PUA hücumuna toxunan Əraqçi İranın bu hücumla əlaqəsinin olmadığını irəli sürüb.

 

Əraqçi “xüsusilə İsrail rejiminin bu cür hücumlarla ictimai rəyi çaşdırmaq və İranın qonşularıyla olan yaxşı münasibətlərini pozmaq məqsədilə oynadığı rola” diqqət çəkərək, son günlər oxşar nümunələrin də müşahidə olunduğunu iddia edib.

 

İran Silahlı Qüvvələrinin Baş Qərargahı da oxşar açıqlama verərək, Naxçıvanda həyata keçirilən PUA hücumu ilə əlaqələrinin olmadığını, hücumun İranı ittiham etmək üçün İsrail tərəfindən törədildiyini irəli sürüb.

 

Azərbaycan Xarici İşlər Nazirliyi isə Naxçıvan Muxtar Respublikasına İran ərazisindən pilotsuz uçuş aparatları ilə hücumlar edildiyini açıqlayıb.

 

Nazirliyin bəyanatında bu gün günorta saatlarında Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına İran ərazisindən PUA hücumlarının təşkil edildiyi bildirilib.

 

Azərbaycan Prezidenti Əliyev Naxçıvana yönəlmiş hücumu “terror aktı” kimi qiymətləndirərək, Tehran rəhbərliyindən üzr istəməsini və məsələyə aydınlıq gətirməsini tələb edib.

 

TRT XƏBƏR
Lalə Qurbanlı

#i̇sraili #i̇şlər #xarici #naziri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər