00:00:00
Yazar
Hüseynova Mələk
29.09.2026 12:11 21 1 dəq oxuma
Dünya

İranın XİN rəhbərinin vasitəçilərlə görüşü nə vəd edir? - Politoloqdan açıqlama

İranın XİN rəhbərinin vasitəçilərlə görüşü nə vəd edir? - Politoloqdan açıqlama

İranın xarici işlər nazirinin münaqişənin həlli üzrə vasitəçilərlə görüşməsi gözlənilir. Tehran son günlər danışıqlar prosesi ilə bağlı müxtəlif açıqlamalar verir və bir sıra diplomatik təmaslar aparır.

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, İran həm Omanla, həm də digər vasitəçilərlə danışıqlar apararaq ABŞ ilə mümkün uzlaşma əldə etməyə çalışır:

 

“İranın son diplomatik addımları danışıqlar prosesinin davam etdirilməsi baxımından diqqət çəkir. Bununla yanaşı, o hesab edir ki, Tehranın bu manevrləri prosesi uzatmaq və danışıqları zamana yaymaq məqsədi də daşıya bilər. İran tərəfi son günlər danışıqlar prosesi ilə bağlı müxtəlif açıqlamalar verir və müxtəlif addımlar atır. O cümlədən, Omanla, Hörmüz boğazı ilə bağlı danışıqlar aparılır, eyni zamanda vasitəçilərlə danışıqlar aparılaraq ABŞ ilə uzlaşma əldə olunması cəhdi göstərilir”.

 

Politoloq qeyd edib ki, ABŞ və İranın məsələlərə baxışlarında ciddi fərqlər qalır. Bu səbəbdən yaxın mərhələdə tərəflər arasında ciddi razılaşmanın əldə olunmasını gözləmək çətindir:

 

“İran xarici işlər nazirinin vasitəçilərlə keçirəcəyi görüşü hələlik ənənəvi diplomatik təmas kimi qiymətləndirmək olar. ABŞ ilə İranın məsələlərə baxışları tamamilə bir-birindən fərqlənir. O baxımdan hansısa ciddi razılığın əldə olunacağı hələlik gözlənilmir. Keçiriləcək görüşün gələcək proseslər üçün hələlik çox ciddi təsiri olmayacaq. Çünki tərəflərin mövqelərində kifayət qədər uzlaşmayan məqamlar var”.

 

Fatimə Hüseynova

#İran #XİN #münaqişə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər