00:00:00
Yazar
Lalə Qafarova
13.03.2026 21:51 23 1 dəq oxuma
Dünya

İranın yeni ali rəhbəri: "Ölkəni parçalamaq cəhdlərinin qarşısını aldıq"

İranın yeni ali rəhbəri: "Ölkəni parçalamaq cəhdlərinin qarşısını aldıq"

 


İranda hakimiyyət dəyişikliyindən sonra ölkənin yeni ali rəhbəri Müctəba Hüseyni Xamenei xalqa ilk müraciətini edib. O bildirib ki, xarici qüvvələrin İranı parçalamaq planlarının qarşısı alınıb. Yeni lider həmçinin Hörmüz boğazı barədə danışaraq qeyd edib ki, lazım gələrsə bu boğaz təzyiq vasitəsi kimi istifadə edilə bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki,  siyasi vəziyyətə  təsir etməsi hazırda görünmür:

 

"Amma burada bir önəmli məsələ var. Hörmüz boğazının təbii sahibinin kim olması enerji xidmətlərinə böyük ölçüdə təsir göstərir. Münaqişə riski, əsas məsələ də budur. Aviasiya, savaşlar, İranın faktiki məhv olunmuş hava müdafiə sistemləri, terminallar, hərbi strukturlar, tamamilə alt-üst olmuş hərbi sənaye... Yəni bundan Amerikaya böyük ölçüdə reaksiya verilməsi də imkansızdır. Lakin açıq qalan bir sual: bu münaqişənin quru, real canlı qüvvə toqquşmasında addımı nə olacaq? O baxımdan ki, hələ ki, tərəflər bir birinə açıqlamalar verərək informasiya savaşı aparmağa çalışırlar. Lakin əməliyyatların quru hissəsi olmayacaqsa, Amerika və İsrailin  qalib gəlmə məsələsi də açıq qalacaq".


Reyhan Quliyeva

#aldıq" #cəhdlərinin #i̇ranın #rəhbəri: #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər