İranın yüksək riskli strategiyası onun qələbə üçün savaşmadığını göstərir
İranın İsrail və ABŞ ilə getdikcə dərinləşən müharibədəki mövqeyi göstərir ki, o, ənənəvi mənada qələbə qazanmaq üçün döyüşmür. İran öz şərtlərinə uyğun şəkildə sağ qalmaq üçün mübarizə aparır.
İslam Respublikasının liderləri və komandirləri illərdir bu məqama hazırlaşıblar. Onlar biliblər ki, regional ambisiyaları sonda İsrail və ya ABŞ ilə birbaşa toqquşmaya səbəb ola bilər. Eyni zamanda anlayıblar ki, bu ölkələrdən biri ilə müharibə digərinin də münaqişəyə qoşulmasına gətirib çıxaracaq. Bu vəziyyət ötən yay İsrailin ilk hücum etdiyi və ABŞ-nin bir neçə gün sonra qoşulduğu 12 günlük müharibə zamanı açıq şəkildə görünüb.
BBC NEWS
Səmayə Səftərova