00:00:00
Yazar
Nərmin Həşimova
06.11.2026 18:07 36 2 dəq oxuma
Siyasət

İranın Zəngəzur dəhlizinə münasibəti niyə sərtləşib?

İranın Zəngəzur dəhlizinə münasibəti niyə sərtləşib?

İranın Zəngəzur dəhlizinə qarşı mövqeyi dəyişməyib, əksinə, ABŞ ilə münasibətlərdə gərginliyin artmasından sonra daha da sərtləşib. Tehran layihənin reallaşmasını yalnız iqtisadi marşrut kimi deyil, regionda geosiyasi qüvvələr balansına təsir göstərə biləcək proses kimi qiymətləndirir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, İranın Zəngəzur dəhlizinə qarşı mövqeyinin sərtləşməsi ABŞ ilə geosiyasi rəqabəti və Qərbin regionda nüfuzunun artması ilə bağlıdır:


"Tehran TRIPP layihəsinin mühafizəsi adı altında ABŞ-nin regionda hərbi qüvvə yerləşdirə biləcəyindən narahatdır və bu səbəbdən Rusiya ilə eyni mövqedən çıxış edərək Qərbin bölgədə təsirinin güclənməsinə qarşı müqavimət göstərir. Layihə İranın geosiyasi maraqlarına uyğun olsaydı, Tehran ona qarşı belə sərt mövqe tutmazdı. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra dəhlizin açılmasının bütün region dövlətlərinin maraqlarına uyğun olduğunu dəfələrlə vurğulamasına baxmayaraq, İran layihəyə qarşı çıxmaqda davam edib, hətta Araz çayı boyunca Azərbaycanın qərb bölgələrindən Naxçıvana bağlantı yaradılmasına şərait göstərib. Bu addımın əsas səbəblərindən biri Zəngəzur dəhlizinin reallaşmasının qarşısını almaqdır. TRIPP layihəsinin işə düşməsi regionda qüvvələr balansına da təsir göstərəcək. Azərbaycanın və Türkiyənin mövqeləri güclənə, Rusiyanın bölgədəki imkanları isə məhdudlaşa bilər. İranın narahatlığı dəhlizin birbaşa iqtisadi zərərindən daha çox, onun reallaşması nəticəsində Azərbaycan və Türkiyənin regional təsirinin artması ilə bağlıdır. Vilayətinin açıqlamalarında yeni məqam yoxdur və onun Ermənistanı hədələməsi iki ölkə arasındakı münasibətlər çərçivəsində qiymətləndirilməlidir. Vilayəti Azərbaycanı hədələmiş olsaydı, ölkəmizdən müvafiq cavab alardı".

 

Güllüzar Nəbili

#gündəm #azərbaycan #i̇ranın #niyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər