İranın zərbələri - Küveyt rəsmi açıqlama yayıb
Bu gün axşam saatlarında ölkənin şimalındakı üç sərhəd postu və dənizdə yerləşən bir neft platforması hücumların hədəfi olub.
"İnformator.az" xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Vurğulanıb ki, dənizdəki qazma platforması “düşmən pilotsuz uçuş aparatı” ilə vurulub. Nəticədə platformaya maddi ziyan dəyib, bir nəfər yaralanıb.
Bundan əlavə, hücumlar zamanı üç sərhəd postuna da ziyan dəyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan öncə İranın Küveytə qərbələr endirdiyi haqda məlumat yayılmışdı.