00:00:00
Yazar
Admin User
10.01.2026 11:24 73 1 dəq oxuma
Dünya

İranla Livan iqtisadi əlaqələri müzakirə edib

İranla Livan iqtisadi əlaqələri müzakirə edib

"İran Livanla iqtisadi əlaqələri genişləndirməyə hazırdır".

 

"İnformator.az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Beyrutda Livanın iqtisadiyyat naziri Amer Əl-Əlsətlə görüşü zamanı deyib.

 

Görüşdə İran və Livan arasında iqtisadi və ticarət əlaqələrini müzakirə edilib.

 

İran xarici işlər naziri İran-Livan Birgə İqtisadi və Ticarət Komissiyasının dirçəldilməsinin ticarət əməkdaşlığının gücləndirilməsi üçün yol açacağını bildirib və komissiyanın mümkün qədər tez bir zamanda çağırılmasının vacibliyini vurğulayıb.

 

Livan iqtisadiyyat naziri ölkəsindəki sosial-iqtisadi vəziyyətdən danışıb və iqtisadi islahatlar planlarını təqdim edib.


O, həmçinin qeyd edib ki, Livan İran da daxil olmaqla, regiondakı bütün ölkələrlə iqtisadi və ticarət əlaqələrini gücləndirmək niyyətindədir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər