00:00:00
Yazar
Hüseynova Mələk
21.06.2026 19:04 25 1 dəq oxuma
Dünya

İranlılar amerikalıların əlini sıxmaqdan imtina edib

İranlılar amerikalıların əlini sıxmaqdan imtina edib

İsveçrədə ABŞ-la danışıqlarda iştirak edən İran nümayəndə heyətinin üzvləri görüşdən əvvəl amerikalılarla birgə fotosessiya və əl sıxma mərasimində iştirakdan imtina ediblər.

 

“İnformator.az” xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

 

Məlumata görə, danışıqların təşkilatçıları və Amerika nümayəndə heyəti dördtərəfli görüş başlamazdan əvvəl əl sıxma mərasimi keçirməyi planlaşdırıblar, lakin İran nümayəndə heyəti iştirakdan imtina edib.

Qeyd edək ki, İsveçrədə İran, ABŞ və Qətər arasında Livanda atəşkəs və İranın aktivlərinin blokdan çıxarılması ilə bağlı üçtərəfli danışıqlar başlayıb.

#İran #Amerika
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər