00:00:00
Yazar
Nigar Həsənzadə
04.07.2026 23:00 21 1 dəq oxuma
Dünya

İranlıların ağladığını görəndə təəccübləndim - Tramp

İranlıların ağladığını görəndə təəccübləndim - Tramp

İranın sabiq ali lideri Əli Xameneinin dəfn mərasimini izləyirəm. Hamısı oradadır.

 

"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios” nəşrinə İran rəsmilərinin öldürmək üçün zərbə endirilməsi ilə bağlı suallara cavab verərkən deyib.

 

“Biz bunu etməyəcəyik, çünki o zaman danışıqlar aparacaq kimsə qalmayacaq”, - deyə Tramp sualları cavablandırarkən qeyd edib.

 

Trampın sözlərinə görə, İran tərəfi sülh sazişi üçün yalvarır:

 

“Əli Xamenei üçün keçirilən vida mərasimində bəzi iranlıların ağladığını görüb, təəccübləndim. Bəlkə də bunlar saxta göz yaşlarıdır".

 

Qeyd edək ki, ABŞ lideri daha öncə ABŞ-nin Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar İrana danışıqlarda bir həftəlik fasilə verdiyini açıqlamışdı.

 

Bu gün isə danışıqların iyulun 11-də Pakistanda keçiriləcəyi məlumatı yayılıb.

 

#i̇ranlıların #gündəm #yeni #tramp #ağladığını
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər