00:00:00
Yazar
Admin User
07.07.2023 08:40 220 2 dəq oxuma
Sosial

İşə götürənlərin xarici görünüşə fikir verməsi ayrı-seçkilikdir - Rəşad Əsgərov

İşə götürənlərin xarici görünüşə fikir verməsi ayrı-seçkilikdir - Rəşad Əsgərov

İşə qəbul zamanı xarici görünüş diqqət yetirilən başlıca nüanslardan biridir. Hətta araşdırmalara görə, karyeramızda effektiv əlaqələr qurmağın bir tərəfi məhz xarici görünüşümüzlə bağlıdır.


Kiminə görə haqlı, kiminə görə haqsız seçim. Reallıq isə odur ki, iş həyatında nəinki xarici görünüşə diqqət yetirilir. Hətta şirkətlər işçilərin geyimlərinə o qədər əhəmiyyət verirlər ki, bunun üçün geyim kodları belə müəyyənləşdirirlər.


İnsan resursları üzrə mütəxəssis Seymur Əhmədov işə qəbul zamanı bu faktorun həm önəmli, həm də önəmsiz olduğunu deyir. Vizual görünüşə önəm verməyi, yəni sırf sima cəhətdən doğru hesab etmir: "Ola bilər ki, müəyyən sektorlar üçün bu, vacib olsun. Amma bütün sahələrə aid edilməsi doğru düşüncə deyil. Təsəvvür edin, işə müraciət edən şəxs çox biliklidir, təcrübəlidir, amma gözəl olmadığı üçün götürülmür. Nə dərəcə doğrudur? Amma geyim baxımından birmənalı şəkildə səliqə, gözəllik çox vacibdir. Adi marketə daxil olduqda belə fikir verirsinizsə, ilk olaraq onun qablaşdırılmasına önəm verilir". 


Sosioloq Rəşad Əsgərov isə bunun tamamilə ayrı-seçkilik olduğu fikrindədir: “Ola bilər ki, aparıcı, yaxud reklam sektorundakı insanların vizual görünüşünə önəm verilsin. Bəs bu halda istedadlı kadrlar necə olsun? Adi fikir verin, vakansiyalarda vizuallıq cəhətdən çox qabardılmış tələblər irəli sürülür”.


Görünüşlə bağlı unudulan məsələlərdən biri də insanın özündən çox işlədiyi qurumu təmsil etməsi ilə bağlıdır. Çalışaq, həm özümüzün, həm də iş yerimizin reputasiyasını qoruyaq. Çünki karyera nərdivanını qalxarkən xarici görünüşünə də önəm verən işçi şübhəsiz 1:0 öndədir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər