İşəgötürənlərə qarşı cəzalar sərtləşdiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vəzifələrini yerinə yetirməyən işəgötürənlərı cəzalandıracaq. Layihə Milli Məclisdə təsdiqlənəndən sonra, iş yerlərində təhlükəsizliyə əməl etməyən sahibkarlar 5 min manat cərimə ödəməli olacaqlar. İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, peşə risklərinin düzgün qiymətləndirilməsi işəgötürənlərin əsas vəzifələridir. İş yerlərinə baxış zamanı tələbləri yerinə yetirməyən sahibkarları ağır cəza gözləyir.
Dövlət Əmək Müfəttişliyi xidmətinin rəis müavini Məhərrəm Məhərov Azərbaycanda istehsalatda bədbəxt hadisələrin qaldığını bildirib. Qurum bu gün 3-cü dəfə Təhlükəsiz iş ongünlüyü keçirib. 14 tikinti dairəsində və 4 daş karxanasında işçilərin sağlamlığı və həyatı üçün təklükəli olan işlərə görə fəaliyyət dayandırılıb.
