İŞİMİZİ ASANLAŞDIRAN TAKSİLƏR? YOXSA ŞƏXSİ MƏLUMATLARIMIZI ƏLƏ KEÇİRƏN ŞİRKƏTLƏR?
Taksidən istifadə edənlər, məlumatlarınız Rusiyanın təhlükəsizlik sisteminə oturacaq. Azərbaycanda kimlə maraqlansalar, məlumatını toplaya bilərlər. "Yandex Taxi” də daxil olmaqla digər taksi sifarişi xidmətlərinin istifadəçilərinin məlumatları FTX üçün 24 saat əlçatan olacaq. Qərar nəinki Rusiyada olan istifadəçilərə, eləcə də “Yandex Taxi”nin fəaliyyət göstərdiyi, eləcə də “Yandex” məhsulu olan digər xidmətlərin istifadəçilərinə də şamil olunacaq.
Sözügedən xidmətlərdən Azərbaycanda da istifadə edilir. Belə ki, ölkədə fəaliyyət göstərən Uber və Yango taksi sifarişi xidmətləri məhz “Yandex” məhsuludur. Azərbaycan ayrıca taksi brendi yaratmalıdır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin eksperti Elməddin Muradlı sosial şəbəkələrdə edilən paylaşımlara münasibət bildirib. "Rəqəmsal və nəqliyyat nazirliyi bunu rəsmi şəkildə açıqladı və xəbərdarlıq etdi ki, belə hallara yol verilməsin. Məlumatlar 3-cü tərəfə ötürülməsin. Bu qanunlardakı boşluqdur, müasir texnologiyaların yaratdığı bir problemdir".
Ekspert “İnformator.az” vasitəsilə vətəndaşları diqqətli olmağa çağırır. Bildirir ki, tək bizim ölkədə deyil, bir çox ölkələrdə bu problemin həlli istiqamətində müəyyən addımlar atılır. "Əsas hədəf ondan ibarətdir ki, bu şirkətlər qarşısında məsələ qoyulandan sonra və onların fəaliyyətinə nəzər edilirsə, o zaman artıq məsələ həllini tapır, sadəcə xəbərdarlıqla kifayətlənəcəksə, sözsüz o şirkətlər özlərini düzəltmir".
Elməddin Muradlı şirkətlərin bəzilərinin arasında erməni iş adamlarının olduğunu və bunun da böyük təhlükə hesab edildiyini diqqətə çatdırır. "Bunun qarşısı mütləq xüsusi orqanlar tərəfindən alınmalı və onlara sərt xəbərdarlıq olunmalıdır ki, belə hallara yol verdikdə, ölkədə fəaliyyəti dayandırılacaq".
ÇİNARƏ MURADOVA
