“İŞIQLAR SÖNDÜ VƏ DƏMİR SƏSLƏRİ GƏLMƏYƏ BAŞLADI”
Yeni Yasamal ərazində yaşayan sakinlərin həyatı təhlükə altındadır. Dediklərinə görə, dəfələrlə yaşadıqları binanın liftində ölümlə üz-üzə qalıblar.
Paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani 232 ünvanında yerləşən binanın lifti, demək olar ki, orada yaşayan sakinlərin qorxulu yuxusuna çevrilib. Sakinlər deyirlər ki, mövcud vəziyyətlə bağlı dəfələrlə cavabdeh qurumlara müraciət ediblər. Amma hər dəfə də problem müvəqqəti həll olunub. Sakin Nurşirəvan Osmanoun sözlərinə görə, şikayət etdikdən sonra lifti düzətsələr də, 2-3 günə yenidən xarab olur. “Gah tros qırılır, gah mator yanır. Neçə dəfə mən özüm qalmışam liftdə. Daha FHN çağırmaqdan bezmişik. Bu liftin işləmə müddəti qurtarıb, pis vəziyyətdədir. Onun matorudur, trosudur, nə bilim digər elementlərdir, nə qədər təzələmək olar?”.
Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyindən bildirildi ki, son bir neçə ildə Bakıya alman istehsalı olan 1206 ədəd yeni müasir lift gətirilib. Bu liftlər paytaxtın müxtəlif rayonlarında istismar müddəti başa çatan köhnə liftlərin yerinə quraşdırılıb. Bundan sonra istismar vaxtı keçmiş, 25 ildən artıq işləyən liftlər qrafikə uyğun olaraq dəyişdiriləcək. Eyni zamanda gələcəkdə də Bakıya yeni liftlərin gətirilməsi və quraşdırılması mərhələli şəkildə həyata keçiriləcək.
Zeynəb
