00:00:00
Yazar
Hüseynova Mələk
15.06.2026 19:59 28 1 dəq oxuma
Dünya

İslamabad razılaşmasının bəzi detalları açıqlanıb

İslamabad razılaşmasının bəzi detalları açıqlanıb

ABŞ ilə İran arasında İslamabad razılaşmasının bəzi detalları açıqlanıb.


“İnformator.az” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.


"Razılaşmanın 13-cü bəndi bununla bağlıdır ki, memorandumun bəzi digər bəndləri icra olunmayana qədər yekun sənəd, yəni nüvə məsələsi ilə bağlı danışıqlar aparılmayacaq", - məlumatda bildirilib və əlavə olunub ki, danışıqların son gününə qədər 13-cü bənd 4, 5, 10 və 11-ci bəndləri əhatə edib.

Qeyd edilib ki, 4-cü bənd dəniz mühasirəsinin ləğvinə, 5-ci bənd Hörmüz boğazının yenidən açılmasına, 10-cu bənd İranın neft, neft-kimya məhsulları və onların törəmələrinin satışına sanksiyaların ləğvinə, 11-ci bənd İranın dondurulmuş aktivlərinin azad edilməsinə aiddir:

"Danışıqların son günündə baş verən mühüm hadisə o oldu ki, İranın səyləri nəticəsində 1-ci bənd də 13-cü bəndə əlavə edilib. Əgər İranda və ya müqavimət cəbhəsində, o cümlədən Livanda hər hansı hərbi əməliyyat baş verərsə, yekun razılaşma üçün heç bir danışıq aparılmayacaq və təbii olaraq razılaşmanın icrası (o cümlədən Hörmüz boğazının açılması) 13-cü maddəyə əsasən dayandırılacaq".

#İslamabad #razılaşma
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər