İslamiada: Azərbaycan qılıncoynadanları da qızıl qazanıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.
"İnformator.az" xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi finalda Özbəkistanla qarşılaşıb.
Rəqibinə 45:43 hesabı ilə qalib gələn komandamız qızıl medala sahib çıxıb.
