İspaniya 16 yaşdan kiçik uşaqların sosial paylaşım şəbəkələrinə girişini qadağan edəcək
İspaniya Baş naziri Pedro Sançes 16 yaşdan kiçik uşaqların sosial paylaşım şəbəkələrinə girişinə qadağa tətbiq edəcəklərini açıqlayıb.
Sançes Dubayda keçirilən Dünya Hökumətlər Zirvəsində çıxış edərək, 16 yaşdan kiçik uşaqların sosial paylaşım şəbəkələrinə girişinə qadağa tətbiq edəcəklərini, həmçinin rəqəmsal platformalara nəzarəti artırmaq və onların rəhbərlərini bu şəbəkələrdəki pozuntulara görə məsul tutmaq üçün digər tədbirlər də görəcəklərini bildirib.
Sançes rəqəmsal platformaları sağlam bir mühitə çevirməyin çox vacib olduğunu qeyd edərək, sosial paylaşım platformalarının nəzarəti gücləndirməli və uşaqların girişini real şəkildə əngəlləyəcək tədbirlər görməli olduğunu vurğulayıb.
İspaniya Baş Naziri həmçinin sosial paylaşım şəbəkələrində nifrət və ayrı-seçkilik mövzusunda izləmə sistemi yaradılacağını da açıqlayıb.
Sosial media platformalarının daha sərt, sürətli və təsirli şəkildə tənzimlənməsi üçün koordinasiyalı və effektiv irəliləmək məqsədilə beş Avropa ölkəsi ilə birlikdə qurulan “Rəqəmsal Hazırlıq Koalisiyası”na İspaniyanın da qoşulacağını bildirən Sançes, ilk görüşün yaxın günlərdə keçiriləcəyini əlavə edib.
TRT XƏBƏR
Lalə Qurbanlı
