İspaniya: NATO lazım gələrsə Qrenlandiyanın təhlükəsizliyini gücləndirə bilər
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, Qrenlandiya və Arktika bölgəsində NATO-nun təhlükəsizliyini təhdid edən vəziyyət yaranarsa, alyans adadakı təhlükəsizlik tədbirlərini gücləndirə bilər. Onun sözlərinə görə, mümkün təhdidlər NATO çərçivəsində təhlil edilə və lazımi addımlar atıla bilər.
Albares ABŞ-nin Qrenlandiyaya hərbi müdaxiləsini real hesab etmədiyini desə də, Avropanın daha fəal mövqe tutmalı olduğunu vurğulayıb. O, Avropa Birliyini yalnız danışmaqla kifayətlənməməyə, böyük güclərlə eyni masada qərar verən tərəf olmağa çağırıb.
TRT Haber
Mələk Hüseynova
