00:00:00
Yazar
Lalə Qafarova
29.04.2026 22:17 16 1 dəq oxuma
İdman

İspaniyada rekord cəza: Argentinalı qapıçı 13 oyunluq diskvalifikasiya edilib

İspaniyada rekord cəza: Argentinalı qapıçı 13 oyunluq diskvalifikasiya edilib

 

İspaniya 2-ci Futbol Liqasında çıxış edən “Real Zaragoza” komandasının qapıçısı Esteban Andrada 26 aprel tarixində “Huesca” səfərində keçirilən oyunda rəqibinə vurduğu yumruğa görə 13 oyunluq cəzalandırılıb.

 

İspaniya Futbol Federasiyası "Huesca" - "Real Zaragoza" matçında rəqibinə yumruq atan qapıçı Esteban Andradaya ümumilikdə 13 oyunluq diskvalifikasiya cəzası verib.
 

Mövsümün sonunda müqaviləsi başa çatacaq 35 yaşlı qapıçı aldığı bu cəza və müqaviləsinin uzadılmayacağı səbəbilə artıq “Real Zaragoza”nın formasını bir daha geyinməyəcək.

Komitə eyni oyunda baş verən insidentlərlə bağlı “Huesca”nın qapıçısı Dani Ximenezə 4 oyun, “Real Zaragoza”nın futbolçusu Dani Tasendeyə isə 2 oyunluq cəza tətbiq edib.

 

Liqada qalmaq uğrunda mübarizə aparan iki komandanın qarşılaşmasında “Huesca” “Zaragoza”nı 1:0 hesabı ilə məğlub edib.

 

Andrada İspaniya mediasında geniş müzakirə olunan bu zorakılıq hadisəsindən sonra verdiyi açıqlamada peşman olduğunu bildirərək deyib:
“Baş verənlərə görə dərin təəssüf hissi keçirirəm. Bu vəziyyət klub, azarkeşlər və mənim kimi peşəkar üçün yaxşı imic deyil. Özümü itirdim və belə reaksiya verdim. Bir daha belə hal təkrarlanmayacaq”.


TRT HABER 
Reyhan Qulizadə

#diskvalifikasiya #xəbər #rekord #oyunluq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər