00:00:00
Yazar
Admin User
27.01.2026 17:51 62 1 dəq oxuma
Dünya

İsrail ABŞ-lə yeni 10 illik müdafiə sazişinə hazırlaşır

İsrail ABŞ-lə yeni 10 illik müdafiə sazişinə hazırlaşır

İsrail ABŞ ilə hərbi yardım sahəsində yeni 10 illik saziş imzalamağa hazırlaşır. Məlumata görə, razılaşmaya əsasən Vaşinqton Təl-Əvivə hər il 4 milyard dollar həcmində hərbi yardım ayıracaq. Hazırda qüvvədə olan memorandum 2019-2028-ci maliyyə illərini əhatə edir və ümumilikdə 38 milyard dollar məbləğində dəstəyi nəzərdə tutur. Bu çərçivədə ABŞ-dən silah alışının maliyyələşdirilməsi, eləcə də raket əleyhinə müdafiə sistemləri üzrə xərclər daxildir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, İsrail bu müqavilənin 10 yox, 20 illik olması ilə bağlı israr edib:

 

"Amma görünür, əvvəlki müqavilədə olduğu kimi, bu dəfə də müddət 10 illik nəzərdə tutulub. Təl-Əvivin 4 milyard dollarlıq yardım tələbi isə olduğu kimi qəbul edilib. Bir sözlə, İsrail növbəti saziş müddətində 40 milyard dollarlıq yardım əldə edəcək. Təbii ki, bu saziş Yaxın Şərqdə güc balansının İsrailin xeyrinə dəyişməkdə davam etdiyini göstərir. Bundan başqa, İsrail birbaşa pul yardımından imtina edərək əvəzində texnologiya və birgə müdafiə layihələrində iştirak etmək niyyətini ortaya qoyur. Bu da məntiqli yanaşmadır. Çünki İsrailin maliyyə ilə bağlı problemi yoxdur. Əsas məsələ yeni texnologiyalara əlçatanlığın təmin olunmasıdır. Əslində biz müzakirə olunan bu müqavilə ilə ABŞ-nin Yaxın Şərq siyasətində əsas xəttin İsrailin qorunması olduğunu görürük. Yəni bundan sonra da İsrail ABŞ-nin regiondakı əsas müttəfiqi olaraq qalacaq".

 

Aişə Mustafayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər