İsrail ABŞ-nin İrana mümkün zərbəsinə hazırlıq görür
İsrail Vaşinqtonun İrana mümkün zərbəsindən öz ordusunun gözlənilməz vəziyyətdə qalmaması üçün ABŞ ilə sıx koordinasiyada geniş hazırlıq tədbirləri həyata keçirir.
"İnformator.az" xəbər verir ki, bu barədə İsrailin N12 televiziya kanalı xəbər verib.
Məlumata görə, İsrail yüksək döyüş hazırlığını saxlayır, müxtəlif müdafiə və hücum ssenarilərinə hazırdır. Lakin ictimaiyyətə təlimatlar verən İsrailin Arxa Cəbhə Komandanlığı hələlik tövsiyələrini sərtləşdirməyib.
"Ynet" portalı öz növbəsində bildirib ki, İsrail ABŞ Prezidenti Donald Trampın nüvə sazişinin perspektivlərinə inamını itirərək, yaxın günlərdə İrana zərbə endirmək əmri verə biləcəyini mümkün hesab edir.
Nəşrin məlumatına görə, İsrailin siyasi-hərbi kabinetinin əvvəllər 19 fevrala planlaşdırılan iclası izahat verilmədən 22 fevrala təxirə salınıb.
