00:00:00
Yazar
Güllər Gülhüseynova
13.05.2026 09:54 13 1 dəq oxuma
Dünya

İsrail ABŞ və İran arasında "əlverişsiz razılaşma" əldə ediləcəyindən narahatdır

İsrail ABŞ və İran arasında "əlverişsiz razılaşma" əldə ediləcəyindən narahatdır

İsrail Ağ Evin rəhbəri Donald Trampın qarşıdurmaya səbəb olan bir sıra prinsipial problemləri diqqətdən kənarda qoyaraq İranla razılaşmaya gedə biləcəyindən ciddi şəkildə narahatdır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə yüksək vəzifəli İsrail rəsmilərinə istinadən CNN telekanalı məlumat yayıb.

 

"Trampın əlverişsiz razılaşmaya gedəcəyi ilə bağlı real narahatlıqlar var", - telekanalın müsahiblərindən biri bildirib.

 

Mənbələr vurğulayıblar ki, Tehranın nüvə proqramının qismən qorunub saxlanılacağı, ballistik silahlar və regional müttəfiqlərə dəstək məsələlərinin isə həll olunmamış qalacağı razılaşma İsraili İranla qarşıdurmanı başa çatmamış kimi qəbul etməyə məcbur edəcək.

 

"İsrail danışıqlar prosesinin pozulması ehtimalına qarşı yüksək döyüş hazırlığı vəziyyətində qalmaqda davam edir", - digər yüksək vəzifəli İsrail nümayəndəsi telekanala bildirib.

#abş #i̇ran #yeni #əldə #razılaşma"
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər