İsrail Hizbullahın buraxılış qurğularını məhv edib
İsrail Hərbi Hava Qüvvələri İsrail istiqamətində raket atmağa hazırlanan Hizbullah hərəkatının buraxılış qurğularını məhv edib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qurğunun silahlandırılması ilə məşğul olan və buraxılışı həyata keçirməyə çalışan döyüşçülərə də zərbələr endirilib.
İsrail ordusu qeyd edib ki, "Roaring Lion" əməliyyatı başlayandan bəri İsrail ərazisinə atılmağa hazır olan 70-dən çox raket buraxılış qurğusu məhv edilib və zərərsizləşdirilib.