00:00:00
Yazar
Admin User
29.01.2026 18:36 48 1 dəq oxuma
Dünya

İsrail İranda rejimi dəyişə biləcəkmi?

İsrail İranda rejimi dəyişə biləcəkmi?

İsrailin İrana mümkün hücumunun əsas məqsədi bu ölkənin silahlı qüvvələrinin vacib imkanlarını məhv etmək olacaq.

 

"İnformator.az" xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə”yə müsahibəsində deyib.

 

"Düşünürəm ki, İsrailin əsas məqsədi İran ordusunun bəzi vacib imkanlarını məhv etmək olacaq", - deyə Fidan bildirib.

 

İsrailin İrandakı rejimi dəyişdirmək istəyinə münasibət bildirərkən o, qeyd edib ki, "onlar bunu etmək istəyə bilərlər, amma bacarıb-bacarmayacağı bəlli deyil".

 

"Bu, xarici hərbi müdaxilədən deyil, xalqdan asılıdır. İran xalqı müharibələr və xarici hücumlar zamanı, xüsusən də İsraildən gələn hücumlar zamanı həmişə öz liderlərinin ətrafında birləşir", - deyə XİN rəhbəri bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər