İsrail Əli Laricaninin öldürüldüyünü açıqlayıb, İran isə susur
İsrail İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü açıqlayıb. İran rəhbərliyi isə hələlik bu iddialarla bağlı heç bir açıqlama verməyib.
İsrailin müdafiə naziri İsrail Kats bildirib ki, Laricani gecə saatlarında həyata keçirilən hücum nəticəsində öldürülüb. İsrail mediası yazır ki, Əli Laricani oğlu ilə birlikdə gizləndiyi mənzildə hücuma məruz qalıb. Əgər bu məlumat təsdiqlənsə, Laricani Ayətullah Əli Xameneidən sonra sui-qəsdə məruz qalan ən yüksək rütbəli iranlı dövlət rəsmisi olacaq. Laricani sonuncu dəfə martın 13-də Tehranda keçirilən Qüds Günü mitinqində ictimaiyyət arasında görünüb. İsrailin müdafiə naziri Kats açıqlamasında həmçinin bildirib ki, İran İnqilab Keşikçilərinə bağlı olan “Bəsic” paramilitar qüvvələrinin komandanı Qulam Rza Süleymani də öldürülüb.
BBC NEWS
Səmayə Səftərova