00:00:00
Yazar
Güllər Gülhüseynova
16.05.2026 09:55 20 1 dəq oxuma
Dünya

İsrail Livan sərhədi yaxınlığındakı sahil zolağını bağlayıb

İsrail Livan sərhədi yaxınlığındakı sahil zolağını bağlayıb

İsrail Müdafiə Qüvvələri (İMQ) Livan sərhədi yaxınlığındakı sahil zolağında qapalı hərbi zona rejiminin tətbiq edildiyini açıqlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin məlumatında bildirilir.

 

Məlumata görə, hərbi zona rejimi sərhədyanı Roş-a-Nikra yaşayış məntəqəsindən Axziv milli parkına qədər olan sahil xəttinə şamil edilir. Sözügedən sahənin uzunluğu təxminən 5 km təşkil edir.

 

Rəsmi bəyanatda qeyd olunur ki, qərar "vəziyyətin qiymətləndirilməsinin yekunlarına əsasən" qəbul edilib. Bundan sonra qeyd olunan əraziyə giriş tamamilə qadağandır.

"İsrail Müdafiə Qüvvələri bu ərazinin müdafiəsinə hazır vəziyyətdə qalır", - ordu əlavə izahat vermədən qeyd edib.

 

#baki #bağlayıb #yaxınlığındakı #livan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər