00:00:00
Yazar
Admin User
11.01.2026 15:23 73 1 dəq oxuma
Dünya

İsrail Livanın cənub və şərqinə 25 hava zərbəsi endirib

İsrail Livanın cənub və şərqinə 25 hava zərbəsi endirib

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənub və şərq bölgələrində yerləşən “Hizbullah”a məxsus hərbi bazalara və yeraltı obyektlərə azı 25 hava zərbəsi endirib.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə "Naharnet" portalı məlumat yayıb.

 

Məlumata görə, zərbələr Litani çayının şimalında və Bekaa vadisindəki hədəflərə yönəlib. Bombardmanlar əsasən Cəbəl- Reyhan və Cəbbur dağlıq ərazilərini, həmçinin Vadi əl-Mahmudiyyə dərəsini əhatə edib. 

Qeyd olunur ki, İsrail qırıcıları hələ də Livanın hava məkanında qalır və Suriya ilə sərhəd bölgələrdə aşağı hündürlükdə uçuşlar həyata keçirir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər