İsrail Nazirlər Kabineti Qəzza şəhərinin işğalını təsdiqləyib
İsrailin təhlükəsizlik kabineti 10 saatlıq iclasdan sonra Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyib. Həmçinin bildirilib ki, kabinetin cümə axşamı, avqustun 7-də axşam keçirilən iclasında müharibənin dayandırılması ilə bağlı müxtəlif maddələr üzrə razılıq əldə olunub. Baş nazirlikdən verilən açıqlamada Qəzza şəhərinin işğalı və “müharibənin bitməsi üçün beş prinsip” mövzusunda səs çoxluğu əldə edildiyi açıqlanıb.
"İsrail ordusu münaqişə zonalarından kənarda mülki əhaliyə humanitar yardım göstərərkən Qəzza şəhərini nəzarət altına almağa hazırlaşacaq”,-deyə bəyanatda bildirilir. Bəyanatda qeyd edilib ki, kabinetə alternativ plan təqdim edilib və onun fikrincə “Həması məğlub etmək və girovları geri qaytarmaq məqsədlərinə çatmaq” üçün kifayət etməyəcək. Qəbul edilən planın İsrailin Baş naziri Binyamin Netanyahunun bu hərtərəfli işğal planına uyğun olmadığı anlaşılır.
BBC
Zəhra Möhübbətova