00:00:00
Yazar
Lalə Qafarova
11.03.2026 20:26 21 2 dəq oxuma
Dünya

İsrailə raket hücumu nəticəsində azərbaycanlı həlak olub

İsrailə raket hücumu nəticəsində azərbaycanlı həlak olub

Martın 9-da İsrail ərazisinə edilən raket hücumu nəticəsində həlak olan Amid Murtuzovun həm Azərbaycan, həm də İsrail vətəndaşı olduğu məlum olub. Bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.
Hadisənin Yehud şəhərində, tikinti sahəsində baş verdiyi bildirilir. Uzun illər əvvəl ailəsi ilə birlikdə İsrailə köçən Amid Murtuzov Petax Tikva şəhərində yaşayıb. Onun ölümü regionda baş verən gərginliyin mülki insanlara təsirini bir daha gündəmə gətirib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, Yaxın Şərqdə müharibənin coğrafiyasının genişlənməsi təhlükənin artdığını göstərir:


"Yeni ölkələrin və ərazilərin müharibə alovuna cəlb olunması riski var. Bu isə yalnız hərbçilərin deyil, çox sayda mülki insanın da həyatını itirməsi deməkdir. Təəssüf ki, regionda baş verən hərbi əməliyyatlar nəticəsində çoxlu sayda mülki insan həlak olur. Bu hadisələrə insanlığa qarşı törədilən və törədilməkdə olan hərbi cinayətlər kimi yanaşmaq lazımdır.
İrana qarşı aparılan müharibə bir çox hallarda müharibə qanunlarının və beynəlxalq hüquq normalarının çərçivəsindən kənara çıxır. İran rejiminin cinayətləri məlum olsa da, ona qarşı aparılan müharibə də beynəlxalq hüququn kobud şəkildə pozulması ilə müşayiət olunur. Bu vəziyyət sivil əhali üçün ciddi təhlükə yaradır.
İran və İsrail arasında gedən müharibənin dayandırılması üçün bütün zəruri addımlar atılmalıdır. Münaqişənin bölgəyə yayılmasının qarşısı alınmalıdır. Çünki müharibə genişləndikcə mülki insanların kütləvi şəkildə həlak olması riski artır.
Bunun üçün həm İsrail, həm İran, həm də prosesdə rol oynayan digər tərəflər mübahisəli məsələlərə beynəlxalq hüquq və humanitar hüquq prinsipləri əsasında yanaşmalıdır. Təəssüf ki, vasitəçilik edə biləcək beynəlxalq təşkilatlar hazırda zəif görünür. BMT-nin də bu prosesdə ciddi rolu hiss olunmur.
Bu şəraitdə çıxış yolu müharibədə iştirak etməyən ölkələrin vasitəçilik və təzyiq imkanlarından istifadə etməsidir. Xüsusilə Türkiyə, Azərbaycan, Pakistan və Mərkəzi Asiya dövlətləri müəyyən rol oynaya bilərlər. Lakin bunun üçün həm İsrailə, həm də İrana beynəlxalq hüquq çərçivəsində təsir göstərmək lazımdır. Əgər bu ölkələr koordinasiyalı şəkildə təzyiq göstərə bilsələr, müharibənin qarşısını qismən də olsa almaq mümkün olar".


Reyhan Quliyeva

#xəbər #i̇srailə #hücumu #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər