İsrail Rusiyanın embarqosunu yardı
Taxıl sazişi ilə bağlı ortaq məxrəcin tapılmamasından sonra Rusiya Qara dənizdəki blokadasını davam etdirir. Embarqo səbəbi ilə artıq ölkələr müxtəlif üsullara əl atırlar. Bunlardan biri olan İsrailə məxsus gəminin keçən gün blokadanı yararaq Rusiyanın geri çağrışına və təhlükəli təhdidlərinə məhəl qoymaraq Ukrayna limanlarına gedib. Proses isə Rusiyanın daha da qəzəblənməsinə, digər ölkələrin isə bu hadisədən stimul almasına gətirib çıxardıb.
Rusiyanın Qara dənizdəki embarqosunu ilk dəfə İsrailə məxsus mülki gəmi yarıb. İyulun 30-na keçən gecə “Ams1”, “Şahin-2” və “Yılmaz Kaptan” adlı üç mülki gəmi Türkiyə boğazlarından keçib. İsrail, Yunanıstan, Türkiyə, Gürcüstana məxsus olan bu gəmilərin AIS vasitəsilə təyinat nöqtəsi Ukrayna olaraq qeyd edilib. Gəmi səfərə İsrailin Aşdod şəhərindən başlayıb. İyulun 31-də həmin 3 gəmidən biri Ams1 gəmisi Rusiyanın bütün təhdidlərinə baxmayaraq, Dunay çayının Ukrayna qoluna daxil olub. Gəminin təhlükəsizliyi üçün öhdəliyi Amerika birləşmiş ştatları öz üzərinə götürüb. Təhlükəsizlik tam olaraq təmin edilib.
“Ams1”dən sonra Dunayda lövbər salmış və yaxın zamanda lövbər salacaq daha dörd gəmi gəlir. Mütəxəssislər bildirirlər ki, İsrail gəmisinin bu qədər rahatlıqla blokadanı yarıb keçməsi digər ölkələr üçün artıq cəsarət mənbəyidir. Amma bu hadisədən sonra Rusiya hərbçiləri Ukraynanın liman infrastrukturuna və taxıl anbarlarına raket və pilotsuz təyyarələrlə zərbələr endiriblər. Bundan əlavə, Kreml həmçinin lövber salan gəmiləridə nəzərdə tutaraq bildirib ki, Qara dəniz vasitəsilə Ukrayna limanlarına gedən mülki gəmiləri silah və sursat daşıdıqlarını əsas gətirərək batıracaq. Digər tərəfdən İsraillə Rusiya arasında gərginliyin yaranması ilə paralel prosesin belə davam etməsi yəni, digər ölkələrində bu yoldan istifadə etməyə çalışması Rusiyanın qəzəbini daha da alovlandıracaq faktorlardandır.
Qeyd edək ki, İsrailin sözügedən mülki gəmisi, iyulun 25-də Reninin bombalanmasından sonra Rusiyanın dəniz blokadasını aşan ilk gəmi hesab edilir.
Fidan
