00:00:00
Yazar
Admin User
12.01.2026 04:12 75 1 dəq oxuma
Dünya

İsrail və Almaniya kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

İsrail və Almaniya kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

İsrailin Baş naziri Benyamin Netanyahu və ölkədə səfərdə olan Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt kibertehlükəsizlik, terrorizmlə mübarizə və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bəyannamə imzalayıblar.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanasının mətbuat xidməti məlumat yayıb.

 

Bəyannamə "Berlin ilə dərin əməkdaşlığı" təsbit edir və təhlükəsizlik sahəsində mövcud öhdəliklərin praktiki birgə fəaliyyətə çevrilməsinə yönəlib. Sənəddə kiberhücumlar və beynəlxalq terrorizm də daxil olmaqla, müasir təhdidlərlə mübarizəyə xüsusi diqqət yetirilir.

 

Sənəddə həmçinin vurğulanır ki, İran və onun dəstəklədiyi strukturlar regional sabitliyə və beynəlxalq təhlükəsizliyə təhdid yaradır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər