İsrail və Hizbullah atəşkəs haqqında razılığa gəlib
İyunun 18-də ABŞ və İran arasında rəqəmsal anlaşma memorandumu imzalanıb və diqqətlər İsveçrədə keçiriləcək sülh danışıqlarına yönəlib. Ancaq Vaşinqtondan təxirə salınma xəbəri gəlib. Ağ Ev İranla texniki danışıqlara hazırlıqların davam etdiyini, lakin ABŞ-nin vitse-prezidenti JD Vance-nin İsveçrəyə səfərinin hələlik təxirə salındığını açıqlayıb. Bu arada İsrail ABŞ-İran razılaşmasına baxmayaraq Livana hücumlarını davam etdirir. Dörd İsrail əsgərinin ölüm xəbərindən sonra İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir sosial media mesajında “Bütün Livan yanmalıdır” ifadəsini işlədib. Tehran ABŞ-la razılaşmada İranın qoyduğu qırmızı xətləri və şərtləri yerinə yetirmək və İran xalqının hüquqlarını qorumaq əzmində olduğunu vurğulayıb.
Aydan Əsgərxanlı
CNN Türk