İsrail və Səudiyyə Ərəbistanı rəsmiləri Vaşinqtonda İran məsələsini müzakirə edir
Bu barədə “Axios” nəşrinə iki ABŞ rəsmisi və daha iki anonim mənbə məlumat verib. Məlumata görə, hər iki ölkənin nümayəndələri ABŞ-də Tramp administrasiyasının təmsilçiləri ilə İran ətrafında yaranan vəziyyəti müzakirə edirlər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, ABŞ İran ətrafına hərbi donanma, texnika və canlı qüvvə topladığı bir vaxtda belə bir görüşün baş tutması, təbii ki, suallar doğurur:
“Səudiyyə Ərəbistanı ABŞ və İsrailin İrana hücumuna dəstək verəcəkmi? Əslində, krallıq rəsmiləri son günlərdə dəfələrlə öz hava məkanından və ya ərazisindən İrana qarşı istifadəyə imkan verməyəcəyini bəyan edib. Buna baxmayaraq, İranda narahatlıq var. Çünki Tehranda Səudiyyə Ərəbistanını heç də dost hesab etmirlər və krallıqdan verilən bəyanatlara şübhə ilə yanaşırlar. Narahatlıq ondadır ki, əgər Səudiyyə Ərəbistanı İrana hücuma dəstək versə, Tehranın işi çətinləşəcək. Krallığın hərbi gücü əməliyyatın ABŞ-nin xeyrinə başa çatma ehtimalını daha da artırır”.
Aişə Mustafayeva
