İsraildə Türkiyə qorxusu yenidən gündəmə gəlir: Cenk raketi tədqiq olunur
Türkiyənin 2000 kilometr mənzilli "Cenk" ballistik raketi İsrail mətbuatında narahatlıq yaradıb. Mütəxəssislər bildirirlər ki, raketin bütün İsraili əhatə edə biləcək mənzili və Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsində rolu bölgədə strateji çəkindirmə təmin edir və İsrailin təhlükəsizlik narahatlığını artırır.
Türkiyənin 2000 kilometr mənzilli Cenk ballistik raketini açıqlaması İsrail mətbuatında geniş əks-səda doğurub. İsrail mediası raketin uçuş məsafəsi və strateji təsirləri ilə bağlı narahatlıqlarını açıq şəkildə dilə gətirib.
İsrail xəbər saytı Ankaranın Cenk raket proqramını araşdırıb. Məqalədə vurğulanıb ki, 2000 kilometr mənzilli raket Türkiyə ərazisinin istənilən nöqtəsindən buraxılarsa, bütün İsraili əhatə etmək gücündə olacaq.
Aydan Əsgərxanlı
CNN Türk
