İsrailin ABŞ-dəki səfiri hücum zamanı ağır yaralanıb
İsrailin ABŞ-dəki səfiri Yexiel Leyterin oğlu Neriah Leyter İordan çayının Qərb sahilində İsrail ordusunun nəzarət-buraxılış məntəqəsinə edilən hücum zamanı ağır yaralanıb.
"İnformator.az" "Yerusəlim Post"a istinadən xəbər verir ki, ABŞ vətəndaşlığı da olan Neriah Leyter hazırda İsrail ordusunda ehtiyat hərbi qulluqçu kimi xidmət edir.
Məlumata görə, avtomobil nəzarət-buraxılış məntəqəsinə çırpılıb. Həmin vaxt postda xidmət aparan Leyter ağır xəsarətlər alıb. O, ağır vəziyyətdə Qüdsdəki xəstəxanalardan birinə çatdırılıb və hazırda tibbi nəzarət altında saxlanılır.