Rusiya və Ukrayna bu atəşkəsdə maraqlıdır - Rubio
Rusiya və Ukrayna taxıl daşımalarına, eləcə də hər iki ölkənin enerji sektoruna hücumların dayandırılmasını nəzərdə tutan məhdud atəşkəsdə maraqlı olduqlarını bildiriblər.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
Dövlət katibi vurğulayıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski də belə bir təşəbbüsü açıq şəkildə dəstəkləyib:
“Bu, müharibəni bitirmir, lakin müəyyən bir problemi həll edir və daha geniş razılaşma üçün başlanğıc nöqtəsi və ya platforma ola bilər”.