00:00:00
Yazar
Ayşən Səlimova
24.03.2026 19:21 254 2 dəq oxuma
Dünya

“İsrailin hücumları danışıqlar prosesinə zidd istiqamətdə gedir”-ŞƏRH

“İsrailin hücumları danışıqlar prosesinə zidd istiqamətdə gedir”-ŞƏRH

İran və ABŞ heç bir danışıqlar aparmır. Bunu İranın Prezidenti Məsud Pezeşkian öz Teleqram kanalında yazıb. “ABŞ Prezidentinin bəyanatları enerji qiymətlərini aşağı salmaq və hərbi planlarını həyata keçirmək üçün vaxt udmaq cəhdləri kontekstində səslənir”, - o bildirib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, tərəflər arasında gizli danışıqlar aparılır:

 

 

“İranda hakimiyyət bir neçə dairədən ibarətdir. Çox zaman bir-birilərindən xəbərsiz fəaliyyət göstərirlər. Müəyyən məsələlərdə ortaq qərarlar da olur. Məsələn, qonşu ölkələrə atılan raketləri hakimiyyətin bir dairəsi inkar edib, amma SEPAH və mühafizəkar qanadın təmsilçiləri dolayı yolla etiraf ediblər. Əvvəllər Omanda baş tutan danışıqları da İran inkar edib, lakin sonra boynuna alıb. Pezeşkianın ola bilsin məlumatı yoxdur. Çünki ABŞ və İsrailin məqsədi İrana fars əsilli lider gətirməkdir. Yaxud da İran ABŞ və İsrailə qarşı elə barışmaz, elə sərt şərtlər irəli sürüb ki, indi qəfil yumşalıb masaya əyləşməsini etiraf etməsi onun üçün mənfi imic yarada bilər deyə danışanlar hələ etiraf olunmur. Əsasən fars əsilli parlament sədri Qalibafın diqqət mərkəzində olduğu deyilir. Tərəflərdən danışıqlara heç fasilə verməyən dairələr var. İran inkar etsə də reallıq təsdiq edir ki, hazırda danışıqlar aparılır, hətta qeyri-rəsmi atəşkəs də mövcuddur. Yalnız İsrail bunu istəmədiyi üçün onun hücumlarının olması təbiidir”.

 

 

Politoloq qeyd edib ki, dialoq mövcud olsa da, hələ razılaşma yoxdur:

 

 

“Razılaşma da olmayacaq. Çünki İran Çin və Rusiyanın kəşfiyyatına və hərbi, siyasi dəstəyinə güvənir. ABŞ isə artıq qoşun yeritmək məsələsini müzakirə edir. Trampın bir çox açıqlamaları da manipulyasiyadır və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. İranda hakimiyyəti ram edib istədiyinə maksimum nail olmayınca İsrail və ABŞ heç bir razılığa getməz. Sadəcə Çin və Rusiyanın dəstəyi olduğuna görə İran rejiminin ömrü təxmin olunandan bir qədər uzanır. Regionda onsuz da vəziyyət gərgindir və getdikcə də gərginləşir. Əsasən İran bu gərginliyin artmasında və dünya iqtisadiyyatına zərər gəlməsində maraqlıdır. Çünki bunun beynəlxalq aləmin ABŞ və İsrailə təzyiqinə səbəb olacağını düşünür. ABŞ-nin xətti onsuz da sərtdir. Sadəcə danışıqlar yaxud buna cəhd hərbi müdaxilə prosesində müəyyən diplomatik boşluqları doldurmaq üçündür”.

 

Nuray Əliyeva

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər