İsrailin saxladığı Qlobal Flotilla fəalları Türkiyəyə gəlir
İsrailin beynəlxalq sularda qanunsuz olaraq saxladığı Qlobal Flotilla fəallarını daşıyan Türk Hava Yollarına məxsus təyyarələr havaya qalxmağa başlayıb. 85-i Türkiyə vətəndaşı olmaqla, 422 flotiliya iştirakçısı xüsusi reyslərlə Türkiyəyə qaytarılır.
Negev səhrasındakı Ketziot həbsxanasından azad edilən Qlobal Flotilla fəalları İsrailin cənubundakı Ramon hava limanına gətirilib.
Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, deportasiya prosedurları tamamlandıqdan sonra Ramon hava limanına gələn Türk Hava Yollarına məxsus 3 ayrı təyyarə ilə 85-i türk olmaqla 422 fəal aparılıb.
TRT Haber
Aydan Əsgərxanlı