İsrailin Somalilendə etirafı: İllərdir gizli əməkdaşlıq var!
İsrailin müdafiə naziri İsrael Katz birtərəfli qaydada Somalidən müstəqilliyini elan etmiş Somalilandın prezidenti Abdullahi ilə görüşüb. Görüş zamanı Katz bəyan edib ki, İsrail “uzun illərdir ki, Somaliland ilə bir sıra gizli əməliyyatlarda əməkdaşlıq edir”.
İsrail Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Katz görüş zamanı "Uzun illərdir ictimaiyyətdən gizli saxlanılan bir sıra əməliyyatlarda əməkdaşlıq etdik. İndi hər iki xalqın xeyrinə və regional sabitlik üçün təhlükəsizlik sahəsində əməkdaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq əzmindəyik",-deyib.
CNN Türk
Aydan Əsgərxanlı