İstanbulda qar yağışı: Nəqliyyat vasitələri yollarda qalıb
Yeni ilin ilk saatlarında İstanbulda başlayan qar bəzi rayonlarda nəqliyyata mənfi təsir göstərib. Sarıyer və Beykozda bəzi nəqliyyat vasitələri yollarda qalıb.
Şəhər üçün meteoroloji xəbərdarlıqlardan sonra gözlənilən qar yağışı bəzi ərazilərə təsir etməyə başlayıb.
İstanbulun Avropa tərəfindəki Sarıyer və Arnavutköydə qar şiddətlənərək yolları, evlərin damlarını və avtomobilləri ağ örtüklə örtüb.
Sarıyerin Böyükdərə küçəsindəki qar səbəbindən nəqliyyat vasitələri hərəkət etməkdə çətinlik çəkib, hətta bəziləri sürüşüb. Qar həmçinin ərazidə tıxaclara səbəb olub.
Bəzi nəqliyyat vasitələri Sarıyer yaxınlığındakı Şimali Marmara şossesində qalıb. Bəzi sürücülər nəqliyyat vasitələrini yolun kənarına çəkərək gözləyiblər.
TRT XƏBƏR
Arzu Poladova
