00:00:00
Yazar
Admin User
14.10.2022 03:21 582 1 dəq oxuma
Sosial

İstedadlı gənclər arasında "Şuşa Zirvəsi" adlı müsabiqə başladı.

İstedadlı gənclər arasında "Şuşa Zirvəsi" adlı müsabiqə başladı.
İstedadlı gənclər arasında “Şuşa Zirvəsi” adlı müsabiqə başladı.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi nin maliyyə dəstəyi ilə keçiriləcək “İstedadlı gənclər arasında “Şuşa Zirvəsi” ” adlı müsabiqənin icrasına başlayıb.
Müsabiqə İlk olaraq Bakı şəhəri Sabunçu rayonu Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə keçirildi.
Bir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
İstedadlı uşaqları aşkarlamaq, asudə vaxtlarını səmərəli təşkil etməyə dəstək olmaq üçün ilk növbədə məktəbdə onlarla görüş keçirilib. Ekspert və psixoloqun iştirakı ilə həmin yeniyetmələrlə söhbət aparılaraq, onlarda özgüvən hissi yaradılıb.
Məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Rəfiqə Hacıyeva və digər müəllimlərin də iştirakı ilə baş tutan müsabiqədə məktəblilər istedadlarına uyğun olaraq, qiraət, rəqs qabiliyyəti, rəsm və malik olduqları digər bacarıqlar üzrə iştirak edib. Onların təqdimatları münsiflər tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.
 
İstedadları Tanıyaq və Tanıdaq İB-nin sədri Vüsalə Qələndərlinin RUBİN.AZ -a verdiyi məlumata görə, nəzərdə tutulan digər iki məktəbdə də seçimlər yekunlaşdıqdan sonra Şuşaya aparan “Zəfər yolu” adlı böyük konsert proqramı keçiriləcək. Proqramda rəsmi qonaqlar, Vətən müharibəsi qəhrəmanlarının istedadlı övladları, bundan öncə keçirilmiş müsabiqədə iştirak edən şagirdlər və onların yaxınları iştirak edəcək. Konsertdə “Şuşa Zirvəsi” müsabiqəsində iştirak etmiş və qalib gəlmiş şəxslərə diplom və hədiyyələr təqdim ediləcək.

 



Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər