00:00:00
Yazar
Səadət Əlizadə
29.05.2026 18:31 25 1 dəq oxuma
Sosial

İsti havada sərnişin əziyyəti: İctimai nəqliyyatda kondisionerlər niyə işləmir?

İsti havada sərnişin əziyyəti: İctimai nəqliyyatda kondisionerlər niyə işləmir?

Havanın istiləşməsinə baxmayaraq, bir çox avtobusda kondisionerlərin işləməməsi sərnişinlərin narazılığına səbəb olur. Sərnişinlər bildirirlər ki, sürücülər kondisionerləri işə salmaq üçün “icazə yoxdur” cavabı verirlər. Bu isə ictimai nəqliyyatda rahat və təhlükəsiz hərəkətə mane olur.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA-nin katibi Tural Orucov bildirib ki, hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib:


“Daşıyıcılara zəruri hazırlıq tədbirlərinin görülməsi barədə tapşırıq verilib. Bu il də havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün soyutma və havalandırma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, hava şəraitinə uyğun tənzimlənməsi tapşırılıb”.


Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, ictimai nəqliyyatın avtobus seqmentində adətən iyunun 15-dən sonra sərinləndirici (soyutma) sistemləri işə salınır:

 

“Daşıyıcı şirkətlər sərnişinlərin komfortlu və təhlükəsiz daşınmasını təmin etməlidirlər. Komfort dedikdə isə yay mövsümündə sərinləndirmə sistemlərinin, qış mövsümündə isə isitmə sistemlərinin işlək vəziyyətdə olması və istifadəyə verilməsi vacib hesab olunur”.


Sərnişin Səkinə Paşayeva isə bildirib ki, havaların isti keçməsinə baxmayaraq, ictimai nəqliyyatda kondisionerlərin işləməməsi sərnişinlər üçün ciddi narahatlıq yaradır:


“Xüsusilə, sıx saatlarda avtobuslarda nəfəs almaq çətinləşir. Yay aylarında ictimai nəqliyyatda kondisionerin işləməsi sərnişin rahatlığı üçün vacibdir”.

 

 

Səadət Əlizadə

#sosial problem #sərnişin #avtobus
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər