00:00:00
Yazar
Admin User
14.08.2023 09:27 279 2 dəq oxuma
Sosial

İSTİ HAVALAR BİTİR?

İSTİ HAVALAR BİTİR?

Son günlər Bakıda havanın temperaturu 40 dərəcəni keçir. Bürkülü, diskomfort hava şəraiti, xüsusuilə meteohəssas insanlar üçün əlverişsizdir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, anormal istilər avqustun ortlarına kimi davam edəcək. Bəzi yerlərdə temperatur 44 dərəcəyə kimi yüksələcək. Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Şəbnəm Qurbanovanın sözlərinə görə, ölkə ərazisində isti atmosfer dalğasının təsiri nəticəsində isti və bürkülü hava şəraiti müşahidə olunur. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37-40, bəzi yerlərdə 41-42 dərəcə, Azərbaycanın rayonlarında 35-40 dərəcə, Mərkəzi Aran və Naxçıvan Mutar Respublikasının bəzi rayonlarında 42-44 dərəcəyədək isti olacaq. “Odur ki, əhaliyə günün altında çox qalmamaq, günəş şüalarından maksimum qorunmaq, bədən temperaturunu balansda saxlamaq tövsiyyə olunur”.

Həkimlər bu günlərdə baş ağrısı, halsızlıq, ürəkbulanma, başgicəllənmədən şikayətlənənlərə ilkin yardımın vacib olduğunu bildirirlər. Əks halda insan orqanizmində ciddi fəsadlar yarana bilər. Həkim Günay İsmayılova deyir ki, orta dərəcədə yuxrıda qeyd edilən şikayətlər şiddətlənir, bədən hərarəti 39-40 dərəcəyə qədər yüksələ bilir. Huşun müxtəlif pozulmaları müşahidə olunur. Ağır dərəcə isə çox təhlükəli vəziyyətdir. Bu zaman artıq huşun tam itirilməsi, bədən hərarətinin 41-42 dərəcəyə qədər yüksəlməsi, tənəffüs çatışmazlığı , hətta ürək dayanması da müşahidə olunur. “Günvurmanın yüngül dərəcəli formasında gün vuran şəxsi sərin və kölgə olan yerdə aparma, horizontal vəziyyət verərək dar paltarlarını çıxarmaq, baş nahiyəsinə soyuq kompres qoymaq lazımdır. Çünki günvuran şəxsin hansı vəziyyətdə olduğunu qiymətləndirmək çətindir”.

AYSU

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər