00:00:00
Yazar
Admin User
21.08.2023 11:40 233 2 dəq oxuma
Sosial

İstirahətdə zəhərlənmə: yediyimiz niyə zəhər olur?

İstirahətdə zəhərlənmə: yediyimiz niyə zəhər olur?

Təkcə bu həftə iki bölgədəki istirahət mərkəzlərindən zəhərlənmə xəbərləri gəldi. Və bu vəziyyətin ciddi olduğundan xəbər verir. Onsuz da əksər hallarda insanların narazı qaldığı istirahət mərkəzlərində belə faktın da aşkarlanması başqa mətləbləri ortaya qoyur. Kimdir günahkar?

Gününün böyük bir hissəsini gəzməklə keçirdənlər... Onları yorğun halda üz tutduğu restoranda yalnız boş yer tapmaq maraqlandırır. İstədiyi yerdə əyləşə bildisə, sifariş verdiyi yeməyin vaxtında süfərəyə gətirilməsi onun keyfiyyətindən daha vacibdir. Bu isə bəzilərinə vaxtı keçmiş yeməyini satmaq üçün göydən düşmə fürsət olur.

 

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı fikirlərini bölüşüb: "Vəziyyəti müşahidə eləmək üçün mən keçən axşam şimal bölgəsindən dönmüşəm. Müşahidələrim onu göstərir ki, bütün istirahət mərkəzləri demək olar ki, həddindən artıq insanlarla doludur. Yəni mətbəxt, sanuzerlər, sanitar yerlər heç də insanların sayına uyğun deyil. Tələb təklifi üstələdiyindən keyfiyyətsiz xidmət meydana çıxır və elə yerlərdə insanlara ən təhlükəli qidalar verilə bilər".

 

Eyyub Hüseynov əlavə edib ki, bunların qarşısını almağın tək yolu, nəzarət tədbirlərinin gücləndirilməsidir. Əks halda, belə mərkəzlərdə yeyilən qidalar çox adamı xəstəxanalıq edəcək: "Mütləq monitorinq getməlidir, hər istirahət mərkəzinin insanları qəbul etmə bir ranqı müəyyənləşdirilməlidir. Ona uyğun gigiyenik normalar müəyyənləşməlidir. Ona görə AQTA-iki ay öncə qaldırdığı məsələni həll etməlidir. Yəni müəyyən ulduzlar verilməlidir istirahət mərkəzlərinə və bu ulduzların altında da müəyyən gigyenik normalar müəyyən olunmalıdır, ora da daim monitorinq keçirilməlidir".

 

Qida Təhlükəsizliyi Agentliyi isə yoxlamalarını davam etdirir. Nəticələrlə bağlı yaxın günlərdə ictimayyətə açıqlama veriləcəyi deyildi. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər