İsveç narkotik ticarətində təqsirli bilinən şəxsi Türkiyəyə ekstradisiya edəcək
İsveç hökuməti 2013-cü ildə Türkiyədə narkotik alverində təqsirli bilinən və 5 ildir bu ölkədə yaşayan şəxsi ekstradisiya edəcək.
İnformator.az qərb mediasına istinadən xəbər verir ki, Stokholm administrasiyası Türkiyənin İsveçin NATO üzvlüyünə mane olmasından sonra ilk dəfə bu istiqamətdə qərar qəbul edib.
Türkiyə İsveçi “terrorçular, xüsusən də PKK üzvləri üçün təhlükəsiz sığınacaq olmaqda” ittiham edib.
