00:00:00
Yazar
Admin User
02.01.2026 17:48 69 1 dəq oxuma
Dünya

İsveçrə kurortunda baş verən yanğın

İsveçrə kurortunda baş verən yanğın

İsveçrənin cənub-qərbində yerləşən bir xizək kurortunda olan bir bar yanğını nəticəsində 40 nəfər ölüb, 119 nəfər isə yaralanıb, rəsmilər bildirir.

 

Yanğının, Crans-Montana kurortunda yerləşən Le Constellation adlı barın zirzəmi hissəsində başladığı ehtimal olunur. Hadisə cümə axşamı səhər tezdən, Yeni İl bayramını qeyd edən çoxlu sayda isveçrəli və turistin barı doldurduğu vaxt baş verib.

 

Prokurorların ilkin araşdırmalarına görə, yanğının ehtimal olunan səbəbi şampan şüşələrinin üzərində yandırılan fişənglərin (sparklers) tavana çox yaxın tutulması olub.


İsveçrə Prezidenti Guy Parmelin bu faciəni ölkənin yaşadığı “ən ağır faciələrdən biri” adlandırıb.

İtaliyadan olan yeniyetmə bir qolfçunun ilk qurban olduğu mediada bildirilsə də, bu hələ rəsmi şəkildə təsdiqlənməyib.

Həlak olan 40 nəfərin və yaralananlardan 6 nəfərin şəxsiyyəti hələ müəyyən edilmədiyi üçün, itkin düşən yeniyetmələrin ailələri ağır və ağrılı gözləmə içindədir.


BBC
Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər